Modern.az

Kiyevə dron hücumuna görə cinayət işi açıldı

Kiyevə dron hücumuna görə cinayət işi açıldı

Aktual

19 Dekabr 2022, 13:10

Bu gün səhər saatlarında Rusiya ordusu tərəfindən Kiyev vilayətinə kamikadze dronların hücumu nəticəsində iki nəfər yaralanıb. Faktla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

İlkin məlumatlara görə, Rusiyanın hücumu zamanı azı iki nəfər yaralanıb. Həlak olanlar və dəyən ziyan barədə məlumat dəqiqləşdirilir.

 

Qeyd olunub ki, Rusiyanın pilotsuz uçuş aparatları mühüm infrastruktur obyektlərinə və fərdi yaşayış binalarına ciddi ziyan vurub. Hücum İran istehsalı ola dronlar vasitəsilə həyata keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?