Modern.az

Lavrov Minskə gedib, Putin də yola düşür

Lavrov Minskə gedib, Putin də yola düşür

Aktual

19 Dekabr 2022, 14:04

Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan olunmamış səfər çərçivəsində Minskə gedib.
 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün, dekabrın 19-da Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu da Belarusun paytaxtında olacaqlar.
 

Onlar Belarus prezidenti Aleksandr Lukaşenko və Belarusun müdafiə naziri Viktor Xreninlə görüşəcəklər.


Daha əvvəl Kremlin mətbuat xidməti ətraflı məlumat vermişdi ki, ikitərəfli əməkdaşlığa dair bir çox əsas məsələlər növbəti Putin-Lukaşenko danışıqlarının gündəmində olacaq.


Qərb dövri nəşrləri də iki liderin Ukrayna müharibəsi fonunda hərbi əməkdaşlığı və birgə hərbi qrupun fəaliyyətini gücləndirmək niyyətində olduqlarını yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?