Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Belarusu Ukraynada aparılan müharibəyə iştiraka məcbur etmək üçün Minskə getməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Modern.az xəbər verir ki, Peskov jurnalistin sualını cavablandırarkən qeyd edib ki, bu cür xəbərlərə “tamamilə axmaq və əsassız uydurma kimi” yanaşmaq lazımdır.
Bazar ertəsi Putin Belarusun paytaxtı Minskə gedib. Rusiya lideri orada Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Dövlət başçısından başqa, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov Minskdədir.