Modern.az

“Məişət zorakılığı bizim mentalitetlə bağlıdır” - Deputat

“Məişət zorakılığı bizim mentalitetlə bağlıdır” - Deputat

Aktual

20 Dekabr 2022, 12:40

"Məişət zorakılığının törədilməsinin əsas səbəbi bizim mentalitetlə bağlı olan dəyərlərimizdir. Bu, həm də qadının məşğulluq problemləri ilə bağlıdır. Qadının işsizliyi və iqtisadi həyatdan kənara çəkilməsi onun ailəsinə də yansıyır".

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

 

Onun fikrincə, qadının iqtisadi müstəqilliyinin aşağı olması boşanma hallarına səbəb olur: "Mən yalnız qadınların məktəbdə, bağçada direktor və rəhbər vəzifələrdə olmasını yüksək qiymətləndirmirəm. Çünki demək olar ki, burada bir nəfər belə kişi yoxdur. Digər vacib problem isə odur ki, ölkədə narkomanların əksəriyyətini həbsxanaya göndəririk. Çünki bununla bağlı reabilitasiya mərkəzləri yoxdur. Həmçinin, yardıma ehtiyac olanlar üçün də sığınacaq yoxdur. Bizdən qat-qat zəif vəziyyətdə olan ölkələrdə bir çox sığınacaqlar var. Bizdə isə bu sığınacaqların sayı 2-3-dür. QHT-lər bu məsələləri öz üzərinə götürməldir. Bunun üçün onlara şərait yaradılmalıdır. Bu baxımdan qanunvericilikdə köklü dəyişikliklər edilməsi vacibdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?