Modern.az

“Hər yerdə çox qazananlar çox vergi verir, bizdə isə əksinədir”

“Hər yerdə çox qazananlar çox vergi verir, bizdə isə əksinədir”

Aktual

20 Dekabr 2022, 14:07

"Dünyanın hər yerində çox qazananlar çox vergi verir, amma bizdə proses əksinə gedir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“Elə ölkə yoxdur ki, az maaş alan çox vergi versin. Bizdə isə belədir ki, 400-500 manat maaş alanlar vergi verir, amma Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 8 min manat maaş alan İT mütəxəssisi vergidən azad edilir. Son zamanlar Azərbaycanda vergidən azad olma halları çoxalıb. O zaman vergiyə pulu kim verəcək, 400 manat maaş alanlar? Dövlət büdəcəsinə vergidən gələn pul azalır, düşünürəm ki, bunun üzərində işləmək lazımdır”,- deputat bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?