Modern.az

Vasif Talıbovun təcili iclas keçirməsi ilə bağlı YENİ FAKTLAR

Vasif Talıbovun təcili iclas keçirməsi ilə bağlı YENİ FAKTLAR

Aktual

21 Dekabr 2022, 11:54

Naxçıvan Ali Məclisinin bu gün keçirilən iclasında yalnız sədr və deputatlar iştirak edirlər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasa Muxtar Respublikanın digər məsul şəxsləri dəvət olunmayıb. 

 

Ali Məclisin iclasının keçirilməsi əvvəlcədən planlaşdırılmayıb, bu gün səhər saatlarında sədr Vasif Talıbov təcili toplantı keçirmək qərarına gəlib və bu barədə deputatlara məlumat verilib.

 

Hazırda davam edən iclasın konkret gündəliyi müəyyən edilməyib, müzakirələrin son vaxtlar Naxçıvan ətrafında baş verən hadisələrlə bağlı olduğu bildirilir.

 

Bu xəbər ilə bağlı
Vasif Talıbov təcili iclas ÇAĞIRDI
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?