Modern.az

Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər - Zahid Oruc

Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər - Zahid Oruc

Aktual

23 Dekabr 2022, 11:20

Ölkəmizi kürü diplomatiyasında ittiham edənlərin özləri Xəzəri udmağa hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

“Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçiliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ offşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”,- deyə komitə sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?