Qarşıdan Yeni il bayramı gəlir, dünyada belə bir tendesiya var ki, bu vaxtlar qiymətlər aşağı düşür.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasda deputat Əli Məsimli bildirib.
Hazırda qiymətlərin baha olmasından gileylənən deputat deyib: “Amma bizdə əksinədir, qiymətlər günü-gündən bahalaşır. Qlobal olaraq inflyasiya gözlənilsə də, bu olmadı. Bu, o deməkdir ki, qiymətlər aşağı salınmalıdır. Çağırış edirəm ki, Azərbaycanda da bu sistem tətbiq olunsun. Qiymətlər ucuzlaşmalıdır ki, ölkədə hər kəs Yeni il süfrəsi aça bilsin”.