Modern.az

Nöqsana yol verən hakimlərin maaşı kəsilsin - TƏKLİF

Nöqsana yol verən hakimlərin maaşı kəsilsin - TƏKLİF

Aktual

23 Dekabr 2022, 11:53

Bu gün hüquq-mühafizə orqanları içərisində məhkəmə ilə bağlı şikayətlər çoxdur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

 

Deputat bu sahədə nöqsanların olduğunu söyləyib: “Vətəndaşın narazılığı əgər məhkəmələrdən asılıdırsa, bu o deməkdir ki, məhkəmə işinin düzgün aparılmama halları yaşanır. Belə olan halda məhkəmənin çıxardığı qərar da ədalətli olmaz. Yeni təyin olunan hakimlər bu məsələlərə diqqət yetirilməlidir ki, ədalətsizlik olmasın. Vətəndaşları illərlə süründürürlər, burada hakimlər də günahkardır. Onlar tənbeh olunmalıdır, ən azından maaşlarından kəsilmələr olmalıdır ki, belə hallar olmasın”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı