Modern.az

Deputat parlamentdə PKK-dan danışdı: “Kim vəzifədən çıxarılırsa…”

Deputat parlamentdə PKK-dan danışdı: “Kim vəzifədən çıxarılırsa…”

Aktual

23 Dekabr 2022, 13:06

"Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

 

"Düzdür, bununla bağlı Prezidentin münasibəti var. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib", - parlamentari deyib.

 

Deputat, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlak barədə danışıb: “Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti çıxır. Hətta xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir, belə talamaq olmaz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?