Modern.az

Makron Azərbaycanda “5-ci kolonu” işə salıb

Makron Azərbaycanda “5-ci kolonu” işə salıb

Aktual

27 Dekabr 2022, 11:42

"Fransanı hansısa erməni maraqlandırmır. Fransa Azərbaycanın çoxsaylı obyektlərini inhisara almaq istəyirdi".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputat çıxışı zamanı Fransanın Azərbaycana qarşı təxribatçı addımlarından söz açıb:

 

"Makron rekert kimi davranmaq istəyirdi, amma Azərbaycan Prezidenti ona yerini göstərdi. Çünki Prezident İlham Əliyev özü bu gün qlobal siyasətin mərkəzi oyunçularındadır. Onun sayəsində Azərbaycan böyük mərkəzlərə dur deyə biləcək gücə və müstəqilliyə sahibdir. Yəni bu gün Fransanı qəzəbləndirən Parisin özünün ova gedərkən İlham Əliyev tərəfindən ovlanmasıdır. Vətəndaşlarımız prosesə açıq gözlə baxsınlar, necə oldu həm İran, həm də ölkə daxilindəki antimilli düşərgə məhz bu aralar aktivləşib? Çox sadə! Fransanın İran kartı fiaskoya uğradıqdan sonra indi də Azərbaycanın siyasi sistemindəki "5-ci kolonu" işə salıb, amma bunlar da siyasi cəhətdən bitdikləri üçün addımları effektiv deyil. Əksinə, indi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun şəkildə dönüşü dayanır”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?