Modern.az

“Biz deyirik, amma heç nə dəyişmir” - Deputat şikayətləndi

“Biz deyirik, amma heç nə dəyişmir” - Deputat şikayətləndi

Aktual

27 Dekabr 2022, 12:16

Dövlət qulluqçularının etik davranışları bu gün xoş təsir bağışlamır. Müraciət edirsən, hiss edirsən ki, səni başından edir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.

 

“Dövlət qulluqçuları bəzi qurumlardan nümunə götürməlidir. Daxili İşlər Nazirliyinə müraciət edirsən, nazir özü şəxsən cavab verir. Bu, elə Ramil Usubovun dövründən belə olub. Bu kişi sizdən bəyəm əksikdir? Mən xahiş edirəm ki, onlar öz davranışlarına diqqət yetirsinlər. Elə biz həmişə deyirik, amma dəyişən heç nə yoxdur”, - deyə deputat iradlarını çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır