Modern.az

Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb

Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb

Aktual

27 Dekabr 2022, 15:28

Bu il Azərbaycanın xaricdə diplomatik təmsilçiliyinin sayı 89-a çatıb.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

Nazir qeyd edib ki, bura səfirliklər, beynəlxalq təşkilatlarda nümayəndəlik, eyni zamanda digər sahələr daxildir.

 

Bundan başqa nazir bu il bir neçə ölkədə səfirliklərin açılmasını yüksək qiymətləndirib.

 

“Azərbaycan bu il İsrail, Albaniyada səfirlik, Kenyada nümsyəndəlik təsis edib. Bu da xarici siyasətdə uğurlu addımdır”,- o bildirib

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır