Modern.az

XİN rəhbəri Mirzoyanın üçtərəfli görüşdən imtina etməsindən DANIŞDI

XİN rəhbəri Mirzoyanın üçtərəfli görüşdən imtina etməsindən DANIŞDI

Aktual

27 Dekabr 2022, 15:48

Postmünaqişə dövründə münasibətlərin normallaşması üçün bir neçə görüşlər keçirilib.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Bu il Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib. Delimitasiya ilə bağlı da 3 görüş keçirilib. Azərbaycan bunu müsbət qiymətləndirir. Amma ilin sonuna nəzərdə tutulan xarici işlər nazirləri səviyyəsində təşkil olunan görüşdən Ermənistan tərəfi imtina edib. İl ərzində görüşlərə nəzər salsaq əfsuslar olsun ki, tərəflər arasında əldə olunan nəticə məhdud saydadır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”, - nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır