Modern.az

Bu il Ukraynaya humanitar yardımlar davamlı göndərilib

Bu il Ukraynaya humanitar yardımlar davamlı göndərilib

Aktual

27 Dekabr 2022, 15:54

Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardımı bu il ərzində uğurla davam etdirilib.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

C.Bayramov qeyd edib ki, il ərzində ən böyük humanitar yardım davamlı şəkildə Ukraynaya göndərilib:

 

"Bu yardımlar müharibənin ilk vaxtlarından başlayıb. Bu da 30 milyon manat həcmindədir. Bu humanitar yardım fevral ayından bəri davamlı şəkildə çatdırılıb. Bundan başqa, Pakistana 2 milyon həcmində yardım olunub. Digər tərəfdən İraq, Braziliya, Uqanda, Efiopiya, Əfqanıstana humanitar yardımlar göstərilib".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?