Modern.az

Özünü politoloq adlandıranlar sosial şəbəkələrlə kifayətlənməməlidirlər

Özünü politoloq adlandıranlar sosial şəbəkələrlə kifayətlənməməlidirlər

Aktual

28 Dekabr 2022, 11:40

Ölkədə baş verən hadisələrlə bağlı araşdırma aparmaq üçün ekspert boşluğu var. Hesab edirəm ki, özünü politoloq adlandıranlar fikirlərini sosial şəbəkələrdə paylaşmaqla kifayətlənməməlidirlər.

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

“Başa düşürük ki, xarici dildə hər kəs yaza bilmir. Amma hətta hesab edirəm ki, Azərbaycan dilində də problemlər var. Azərbaycan dilində yazılan mətni başqa dillərə tərcümə etmək də bizim üçün çətinləşir", sədr bildirib.

 

F.Şəfiyev hazırda ölkədə baş verən hadisələrə diqqət yetirmək lazım olduğunu vurğulayıb:

 

"Bizi ittiham edirlər ki, Laçın yolunda baş verən hadisə Azərbaycan hökümətinin işidir, necə oldu indi gündəmə gətirildi. Amma nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı Azərbaycan höküməti illərdir məsələ qaldırıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?