Modern.az

Parlamentdə “Tik-Tok”un qadağan olunması təklif edildi

Parlamentdə “Tik-Tok”un qadağan olunması təklif edildi

Aktual

30 Dekabr 2022, 11:42

Azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə girməyi qanunvericiliklə qadağan olunmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

 

Onun çıxışında deyib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlməkdədir.

 

“Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların “Tik-Tok”a çıxışı qadağan olunsun. Bununla əlaqədar vətəndaş cəmiyyəti, valideyn-məktəb işbirliyi olmalıdır. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60%-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə azyaşlılar daha çox istifadə edirlər. Bu rəqəmlər günü-gündən daha da sürətlənir. Bu məsələyə gələcəkdə parlament çərçivəsində diqqət yetirilməlidir”,- deyə deputat təkliflə çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?