Modern.az

Çavuşoğlu Suriya ilə yeni danışıqların anonsunu verdi

Çavuşoğlu Suriya ilə yeni danışıqların anonsunu verdi

Aktual

1 Yanvar 2023, 13:40

Suriyada Bəşər Əsəd rejimi ilə ikinci görüş baş tuta bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Onun sözlərinə görə, görüş yanvarın ortalarında ola bilər.

 

Qeyd edək ki, ötən ilin dekabrın 28-də Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub.

 

Müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?