Modern.az

Şimal bölgəsində 69 maşın qəzaya düşüb - SON DURUM

Şimal bölgəsində 69 maşın qəzaya düşüb - SON DURUM

Aktual

9 Yanvar 2023, 10:12

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar şimal bölgəsinin yollarındakı vəziyyət açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

 

Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

 

Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?