İndiyədək “Azərsu” ASC-nin 955 nömrəli zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə barədə müraciət daxil olmayıb.
Bu barədə Modern.az-a qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunur.
Qurum rəsmisi qeyd edib ki, “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır.
“Hər hansı qəza və problem yaranarsa, qısa müddətdə aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”, - Anar Cəbrayıllı vurğulayıb.