Modern.az

Prezident mətbuat katibinə ev verdi

Prezident mətbuat katibinə ev verdi

Aktual

9 Yanvar 2023, 12:43

Prezident İlham Əliyev Azərbaycan yığmasının sabiq voleybolçusu, Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya ev hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə federasiya rəsmisi özünün feysbuk hesabında məlumat paylaşıb.

 

Ş.Kərimova ölkə başçısına təşəkkür edərək yazıb: “Bu gün mən həyatımda ən gözəl günlərimdən birini yaşadım. Artıq 10 ildir ki, AVF-nin mətbuat xidmətimdə çalışıram. Bu gün Prezidentimiz tərəfindən mənə və ailəmə verilən evin sevincini və ən əsas nə qədər qürur verdiyini sözlə ifadə edə bilmirəm. Əməyi keçən hər kəsə minnətdaram”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir qrup idmançıya ev hədiyyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?