Modern.az

Lerikdə 40 kəndin işığı yandı - YENİLƏNİB

Lerikdə 40 kəndin işığı yandı - YENİLƏNİB

Aktual

9 Yanvar 2023, 15:22

Lerikdə 40 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi bərpa olunub.

 

Bu barədə Modern.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev məlumat verib.

 

Onun sözlərinə görə, digər kəndlərə də enerjinin verilməsi üçün işlər aparılır.

 

***

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb. 

 

Bu barədə Modern.az-a Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev bildirib.  

 

"Dünən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayonun mərkəzində 20 sm, kəndlərdə 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. Dünən gecə 32 kənddə, bu gün səhər verilən məlumata görə isə 45 kənddə elektrik enerjisinin verilişində müəyyən məhdudiyyətlər olub”,- deyə o bildirib.  

 

V.Mirzəyev qeyd edib ki, hazırda kəndlərdə elektrik enerjisi verilişinin bərpası üçün işlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?