Modern.az

Bakıdan Almatıya uçuşlar başlayır

Bakıdan Almatıya uçuşlar başlayır

Aktual

9 Yanvar 2023, 15:45

"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

 

Modern.az AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

 

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

 

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: //www.azal.az/az/information/covid-kazakhstan.

 

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-azerbaijan.

 

Hazırda AZAL-ın aşağı büdcəli törəməsi - “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?