Modern.az

KTMT sülhməramlıları Qarabağa gətirilə bilər? - Baş nazirdən açıqlama

KTMT sülhməramlıları Qarabağa gətirilə bilər? - Baş nazirdən açıqlama

Aktual

10 Yanvar 2023, 16:16

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının Qarabağ zonasına gətirilməsi ideyası demək olar ki, həyata keçirilə bilməz.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib. 

 

"Təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhələr var. Onlar Ermənistanın müttəfiqidirlər, amma eyni zamanda faktiki olaraq Azərbaycana daha yaxındırlar. Bu baxımdan onların gəlişi vəziyyəti daha da çətinləşdirə bilər" - baş nazir bildirib.

 

Paşinyan Rusiya sülhməramlılarının mandatının uzadılması və ya Rusiya mandatı başa çatdıqdan sonra digər qüvvələrin cəlb edilməsi barədə sualdan yayınb.

 

"Biz 4,5 ilin yekunlarına əsasən baş verənləri dəyərləndirməliyik. Bizim vəzifəmiz Qarabağ əhalisinin təhlükəsizliyini və hüquqlarını təmin etməkdir. Bu məqsədə çatmaq üçün ən təsirli vasitələrdən istifadə etmək lazımdır”, - Paşinyan söyləyib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?