Modern.az

Rusiya olmasa, Ermənistan suverenliyini itirər - Paşinyana cavab

Rusiya olmasa, Ermənistan suverenliyini itirər - Paşinyana cavab

Aktual

11 Yanvar 2023, 16:47

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında Rusiya ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

 

Paşinyan əvvəlcə bildirib ki, Ermənistanda KTMT-nin hərbi təlimləri keçirilməyəcək. O, qərargahı məlumatlandırdığını desə də, KTMT bu gün erməni baş naziri təkzib edib. Digər tərəfdən Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu ölkəsi üçün təhdid adlandırıb.  

 

Baş nazir onu da qeyd edib ki, Ukraynadakı hadisələrin fonunda Qərb ölkələrinin İrəvana qarşı münasibəti dəyişib:

 

"Belə şəraitdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu nəinki Ermənistanın təhlükəsizliyini təmin etmir, həm də ona təhdid yaradır".

 

Paşinyanın ittihamları fonunda Rusiyanın Ermənistanla bağlı mövqeyi dəyişəcəkmi? 

 

 

Bu barədə Modern.az-a danışan rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib ki, Paşinyan hakimiyyətdən getmək üçün əlindən gələni edir: 

 

“Ermənistanın baş naziri Nikol Paşinyan hazırda nə etdiyini, nə dediyini bilmir. O bildirir ki, Rusiyanın hərbi gücünün ölkədə olması təhlükədir. Amma Nikol Paşinyan bilməlidir ki, Ermənistanda Rusiya qoşunlarının olmaması onun suverenliyini itirməsinə səbəb ola bilər. 


Digər tərəfdən hazırda Ermənistan KTMT-dən qaçmaq niyyətindədir. Əlbəttə, bunun da sonu olmayacaq. Ermənistan heç vaxt NATO-ya qoşula bilməyəcək. NATO da Ermənistanı öz hərbi çətiri altına almayacaq. Bunu artıq ABŞ və Fransa da elan edib. İndi Paşinyan ölkədə hakimiyyəti Vardanyana vermək üçün hər şeyi edir. Əks halda onun düşüncələrinin məntiqini başa düşmək olmaz”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?