Modern.az

İtaliyanın müdafiə naziri Bakıya gəliş səbəbini açıqladı

İtaliyanın müdafiə naziri Bakıya gəliş səbəbini açıqladı

Aktual

13 Yanvar 2023, 09:44

İtaliya Azərbaycanla münasibətlərini və əməkdaşlığını daha da gücləndirmək qərarındadır.

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto Tviterdə Azərbaycana səfəri ilə əlaqədar yazıb.

 

"Bakıda Prezident İlham Əliyevlə görüşüm zamanı NATO və Avropa İttifaqı ilə dialoqun təşviqinə dəstəyimizi təsdiqlədim. Müdafiə və enerji sahələri də daxil olmaqla müxtəlif sektorlarda ortaq marağımız var", - italiyalı nazir deyib. 

 

Qeyd edək ki, yanvarın 12-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. O, səfər zamanı Prezident İlham Əliyev və müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüş keçirib. 

Bu xəbər ilə bağlı
İlham Əliyev İtaliyanın müdafiə nazirini QƏBUL ETDİ
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?