Modern.az

Tarix müəllimi qazandığı pulu aztəminatlı ailənin uşağına xərcləyəcək - VİDEO

Tarix müəllimi qazandığı pulu aztəminatlı ailənin uşağına xərcləyəcək - VİDEO

Aktual

18 Yanvar 2023, 10:50

Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılaraq 8 min manat qazanıb. 

 

Modern.az xəbər verir ki, 12-ci suala qədər gəlib çıxan müəllim ona da düzgün cavab verməklə sözügedən məbləği əldə edib.

 

O, qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini bildirib.

 

Qeyd edək ki, 12-ci sual “Hansı ixtiraçını “Menloparklı sehrbaz” adlandırırlar?” olub. O, auditoriyanın köməyi ilə suala düzgün cavab verib. Növbəti sual səslənsə də, S. Novruzova oyunu dayandırıb və qazandığı məbləğlə verilişdən gedib. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?