Modern.az

“Nikah müqaviləsi” ifadəsi dəyişdirilir

“Nikah müqaviləsi” ifadəsi dəyişdirilir

Aktual

18 Yanvar 2023, 11:30

Milli Məclisdə “Nikah müqaviləsi” ifadəsinin “Evlilik anlaşılması” ilə əvəz edilməsi təklif edilib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Sədaqət Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu ifadəni xalq səhv anlayır, ona görə də düzəliş edilməlidir:

“Həmin ifadə “Evlilik anlaşılması” ilə əvəz edilsə, daha yaxşı olar. Bu barədə Türkiyə təcrübəsi də var. Bundan istifadə edə bilərik”,- deyə bildirib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır