Modern.az

Yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu - VİDEO

Yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu - VİDEO

Aktual

18 Yanvar 2023, 12:40

Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev  tutulublar.

 

Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

 

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?