Ölkədə işləyən şəxslərlə işləməyənlər arasındakı nisbətin dinamikası 2050-ci ilə qədər müəyyən edilib. Ölkə əhalisinin 2050-ci ilə qədər demoqrafik dinamikası və bunun pensiya sisteminə təsirinə dair ciddi təhlillər aparılıb.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa İttifaqının "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, pensiya sığorta sistemi olduğundan gələcək dayanıqlılığa xələl gətirilməməsi əsas hədəflərdəndir. Sahil Babyev son 5 ildə sosial ödənişlərdəki artımlara da diqqət çəkib.
Nazir qeyd edib ki, pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artıma nail olunub.
Nazir 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin avtomatlaşdırılmış qaydada proaktiv təyinatına başlandığını, ötən dövrdə həmin sosial təminat növləri üzrə 500 min, o cümlədən pensiya üzrə 71 min proaktiv təyinatın həyata keçirildiyini bildirib.
Sahil Babayev bildirib ki, 2023-cü ildə də pensiya sahəsindəki islahatlar davam edəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: