Modern.az

Sülhməramlıların daha iki maşını aksiya ərazisindən keçdi

Sülhməramlıların daha iki maşını aksiya ərazisindən keçdi

Aktual

19 Yanvar 2023, 23:19

Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına aid təminat avtomobilləri Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət ediblər.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara aid iki avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

 

Bu bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi