Modern.az

Bu cür sənədlər heç nəyə xidmət etmir

Bu cür sənədlər heç nəyə xidmət etmir

Aktual

20 Yanvar 2023, 08:51

Avropa Parlamenti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra 3-cü dəfə ölkəmizə qarşı düşmənçilik mövqeyindən çıxış edərək qərəzli qətnamə qəbul edib. Sənədin əleyhinə 92 deputat səs versə də, o, səs çoxluğu ilə qəbul edilib. 

 

Sənədlə tanış olduqca sanki orta əsrlərə qayıdırsan… Düşmənçilik, türkofobiya, gözü və qulağı karlılıq, siyasi düşüncə tərzində dərin böhran, beynəlxalq hüquq normalarına tam etinasızlıq, siyasi korrupsiya və s…

 

Bu düşüncə tərzi keçən əsrdə Avropada fəlakətlərə yol açdı, 2 dünya müharibəsinə və milyonlarla insanın həyatını itirməsinə səbəb oldu… Avropa Parlamenti üzvlərinin XXI əsrdə belə düşüncəyə sahib olmaları adamı çox heyrətləndirir! 

 

Biz işğalçı Ermənistanı və Qarabağ separatçılarını darmadağın etməklə döyüş meydanında Zəfər əldə etdik, vətəndaşlarımızın öz torpaqlarında yaşama hüququnu özlərinə qaytardıq. Amma gözlənildiyi kimi, geo-siyasətdə bu mübarizə davam etməkdədir. Heç deyəsən, bu mübarizə bitənə də oxşamır, çünki mübarizə ərazi və ya orda yaşayan hansısa insanların hüququ məsələsi deyil. Bu daha böyük, əsrlərlə gedən və gedəcək sivilizasiyalar arası mübarizədir, xeyirlə şərin mübarizəsidir.

 

Daim güclü, bir və diri olmaq lazım. Bu, hər birimizin artıq taleyidir. 

 

Bu fonda Azərbaycan Prezidenti Davosda çox uğurlu görüşlər keçirir, müttəfiqlərinin sayını və keyfiyyətini artırır, rəhbərlik etdiyi ölkənin, təşkilatın, müttəfiqlərinin maraqlarının daha çox güclənməsinə xidmət edir və buna böyük ustalıq və peşəkarlıqla nail olur.

 

Yaxşı ki, Avropada və dünyada sağlam qüvvələr də çoxdur. Əməkdaşlıq üçün xeyli məkanlar mövcuddur və Azərbaycan bu imkanlardan maksimum istifadə etməyə çalışır. 

 

Bu cür sənədlər isə könül bulandırmaqdan başqa heç nəyə xidmət etmir.

 

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi