Modern.az

Hacıqabulda “20 Yanvar” faciəsi ilə bağlı ümumrayon tədbiri keçirilib

Hacıqabulda “20 Yanvar” faciəsi ilə bağlı ümumrayon tədbiri keçirilib

Aktual

20 Yanvar 2023, 11:02

Yanvarın 20-də Hacıqabul rayonunda “20 Yanvar” faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhid məzarları üstünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi