Modern.az

20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanıldı

20 Yanvar şəhidlərini təhqir edən qadın saxlanıldı

Aktual

20 Yanvar 2023, 11:35

"TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub.

 

Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür.

 

G. İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istədiyini bildirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi