"İşğal dövründə təbii sərvətlərimiz talan olunub, təbiətimizə qarşı ciddi qəddarlıq baş vermişdi".
Modern.az xəbər verir ki, bunu Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
M.Babayev deyib ki, bütün bu halların monitorinqi həyata keçirilməlidir:
"Monitorinqin keçirilməsi vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onlara nail olacağıq ".