Bu torpaqlar hər zaman azad olmuşdur. Axıdılan qanlar Qarabağın azadlığının yolunu açmışdır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib.
“Xatırlayın, 20 yanvar gecəsində qətliam sonrası bir milyona yaxın insan azadlıq üçün meydana toplanıb. Bununla da bir oyanış hərakatı başlayıb. Çox keçmədi, aradan bir il sonra Azərbaycan azadlıq qazandı. Təkrar şəhidləri yad edirik, ruhları şad, məkanları cənnət olsun”,- deyə səfir bildirib.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şəhidlər xiyabanını ziyarət edib.