Modern.az

Xocavənddə 20 Yanvar şəhidləri anılıb

Xocavənddə 20 Yanvar şəhidləri anılıb

Aktual

20 Yanvar 2023, 12:44

Xocavənddə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, yanvarın 20-də Xocavənd rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

 

Tədbirdə Rayon İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri və şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları Yeni Xocavənd qəsəbəsində Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə anıblar.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi