Modern.az

Füzulidə şəhidlərimiz yad edildi - FOTOLAR

Füzulidə şəhidlərimiz yad edildi - FOTOLAR

Aktual

20 Yanvar 2023, 12:52

Füzuli rayonunda 20 Yanvar hadisələrinin 33-cü ildönümü dərin hüznlə yad edilib.

 

Füzuli Rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, rayon hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri 20 Yanvar qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə şəhidlər abidəsini ziyarət edib, abidə önünə qərənfillər düzüblər.

 

Saat 12:00-da bütün rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi dərin hüznlə yad edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır