Modern.az

İranda gəmi aşıb

İranda gəmi aşıb

Aktual

24 Yanvar 2023, 16:48

Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Pars limanında Tanzaniyaya məxsus gəmi aşıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Pars limanı təhlükəsizlik, səhiyyə, ətraf mühit və fövqəladə hallar idarəsinin müdiri İbrahim Qəribi deyib.

 

İ.Qəribinin sözlərinə görə, gəmi hər biri 27 ton olan 91 konteynerin düzgün yüklənmədiyinə görə aşıb.

 

O əlavə edib ki, hadisə baş verdiyi ilk anlarda xilasetmə qüvvələri gəmi ekipajının bütün üzvlərini xilas ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir