Modern.az

Sosial şəbəkədə ən çox izlənilən dünya liderləri

Sosial şəbəkədə ən çox izlənilən dünya liderləri

Aktual

29 Yanvar 2023, 10:31

İtaliyanın “Italia digitale” fondunun rəqəmsal rəsədxanası dünyanın aparıcı ölkələrinin liderləri ilə bağlı maraqlı araşdırma aparıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, 24 lider arasında aparılan araşdırmada onların son 3 ayda sosial media fəaliyyətinə görə sıralaması hazırlanıb.

 

Araşdırmada izləyicilərin sayı, hər yazıya bildirilən rəy və son 3 ayda qarşılıqlı əlaqə əsas götürülüb.

 

Belə ki, sosial mediada ən çox izlənilən lider 66 milyondan çox izləyicisi olan ABŞ Prezidenti Co Bayden olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyici ilə ikinci yerdə qərarlaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski 27 milyonla üçüncü olub.

 

Braziliya Prezidenti Lula da Silva isə sosial mediada ən fəal lider kimi qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı