Modern.az

“AzerGold”un qızıl sikkə kolleksiyaları İsveçrədə nümayiş olunur

“AzerGold”un qızıl sikkə kolleksiyaları İsveçrədə nümayiş olunur

Aktual

29 Yanvar 2023, 18:05

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları İsveçrədə nümayişə çıxarılıb.

 

Modern.az xəbər verir ki, qızıl sikkə kolleksiyaları İsveçrənin SanktMoritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənir. Milli pavilyonda, həmçinin xüsusi geyimlər, xalçaçılıq və ipəkçilik sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, müxtəlif arxeoloji tapıntılar, qədim sənət növlərinə məxsus alətlər, o cümlədən dulusçuluq nümunələri nümayiş olunur.

 

Azərbaycan qızılları yarışları izləyənİsveçrə vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmişqonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Pavilyonu ziyarət edənlərə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan” qızıl sikkə kolleksiyaları ilə bağlı ətraflı məlumatlar verilib.

 

Qeyd edək ki, sərgi 29 yanvar tarixinədək davan edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı