Modern.az

Orxan Əsgərovun nəşi Bakıya gətirildi - VİDEO (YENİLƏNİB)

Orxan Əsgərovun nəşi Bakıya gətirildi - VİDEO (YENİLƏNİB)

Aktual

29 Yanvar 2023, 22:15

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

 

Modern.az xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında eniş edib.

 

Səfirliyin təxliyə olunan əməkdaşları da artıq Bakıdadır. 

 

***

20:45

 

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

 

Modern.az  xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

 

 

***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

 

Modern.az xəbər verir ki, səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı