Modern.az

Təbrizdəki Baş Konsulluq fəaliyyətini davam etdirəcək

Təbrizdəki Baş Konsulluq fəaliyyətini davam etdirəcək

Aktual

29 Yanvar 2023, 22:31

“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.”

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

"Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.

 

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb.

İrandakı səfirliyimiz fəaliyyətini DAYANDIRDI
Bu xəbər ilə bağlı
İrandakı səfirliyimiz fəaliyyətini DAYANDIRDI
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!