Modern.az

Terror əlaqələrimizə çox böyük ziyan vurdu - XİN

Terror əlaqələrimizə çox böyük ziyan vurdu - XİN

Aktual

29 Yanvar 2023, 23:16

“Terror aktı bizim əlaqələrimizə çox böyük ziyan vurdu”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İrandakı səfirliyimizə hücumdan danışarkən deyib.

 

Onun sözlərinə görə, bu hadisədə bütün məsuliyyət İranın üzərinə düşür: “Mən məsuliyyətlə deyə bilərəm ki, bu məsələdə bütün məsuliyyət İran dövlətinin üzərinə düşür”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı