Modern.az

Gültəkin Hacıbəyliyə bəraət verildi

Gültəkin Hacıbəyliyə bəraət verildi

Aktual

1 Fevral 2023, 16:38

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkədə bildirib.


"Gültəkin Hacıbəyliyə qarşı olan xüsusi ittiham üzrə cinayət təqibinə görə ona Nəsimi rayon məhkəməsi tərəfindən bəraət verildi", - vəkil qeyd edib.


Xatırladaq ki, sabiq deputat Gültəkin Hacıbəyli barəsində vətəndaş Leyla Arifin xüsusi ittiham qaydasında şikayəti əsasında Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət təqibi başlanılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı