Modern.az

Koronavirusdan ölüm sayı 65 faiz ARTIB

Koronavirusdan ölüm sayı 65 faiz ARTIB

Aktual

2 Fevral 2023, 08:02

Yanvarın 2-dən 29-na kimi dünyada 20 milyona yaxın insan koronavirus infeksiyasına yoluxub, 114 mindən çox insan ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 65 faiz artıb, yoluxanların sayı 78 faiz azalıb. Dörd həftə ərzində dünyada 19 955 978 yoluxma, 114 372 ölüm halı qeydə alınıb.

 

Ümumilikdə isə pandemiyanın başlanğıcından bəri 753 651 712 yoluxma, 6 813 845 ölüm faktı müəyyən edilib. Ötən sutka ərzində isə 157 092 yoluxma faktı aşkarlanıb, 720 nəfər dünyasını dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı