Modern.az

“Toyota” Çexiyada fəaliyyətini dayandırdı

“Toyota” Çexiyada fəaliyyətini dayandırdı

Aktual

2 Fevral 2023, 08:08

Yaponiyanın "Toyota" avtomobil konserninin Çexiyanın Kolin şəhərindəki zavodu çərşənbə günündən fevralın sonunadək komponentlərin çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "ÇTK" informasiya agentliyi müəssisənin mətbuat katibi Tomaş Paroubkaya istinadən xəbər yayıb.

 

"Avtomobil zavodunda fəaliyyət istehsal komponentlərin çatışmazlığı səbəbindən demək olar ki, fevralın sonuna qədər dayandırıldı. İşçilər ayın son həftəsində konveyerə qayıtmalıdırlar. Dəqiq tarix hələ təyin edilməyib", - deyə Paroubka bildirib.

 

İstehsalatda yaranan fasilə müəssisədə təmir-texniki işlərinə sərf olunacaq. Məcburi fasilələr zamanı avtomobil zavodunun işçiləri müəyyən edilmiş əmək haqqının 80 faizini alacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı