Modern.az

Nərgiz Məhəmmədinin Nobelə namizədliyi irəli sürüldü

Nərgiz Məhəmmədinin Nobelə namizədliyi irəli sürüldü

Aktual

2 Fevral 2023, 09:38

Cənubi Azərbaycanın Zəncan şəhərinin sakini və hazırda həbsdə olan İnsan Hüquqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

 

Modern.az xəbər verir ki, onun namizədliyi Oslodakı Sülh Problemləri Tədqiqatı İnstitutunun (PRIO) direktoru Henrik Urdal tərəfindən elan edilmiş qısa siyahıya daxil edilib.

 

Bildirilib ki, H.Urdal siyahıda ilk yerləri tutan namizədlərin adlarını açıqlayıb və N.Məhəmmədinin adı ilk sətirdə yer alıb.

 

Qeyd edək ki, N.Məhəmmədi 2022-ci ildə Parisdə “Sərhədsiz reportyorlar” təşkilatının “Cəsarət” kateqoriyası üzrə mükafatına layiq görülmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı