Modern.az

Əvəz Zeynallı həyat yoldaşı ilə görüşdü

Əvəz Zeynallı həyat yoldaşı ilə görüşdü

Aktual

2 Fevral 2023, 10:20

Ötən ilin sentyabrında həbs edilən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı ailəsi ilə gürüşüb.

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeyanallı bildirib.

“Nəhayət, 145 gündən sonra həyat yoldaşım Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşə bildim. Bütün dostlara, doğmalara salam söylədi. Azadlıqda görüşmək ümidilə ayrıldıq.
Ötən günlərdə ailə görüşümüzə qoyulan məhdudiyyətlərə etiraz olaraq keçirdiyim aksiyalarda bizə dəstək olan bütün dostlara təşəkkür edirəm”, - M.Zeynallı deyib


Qeyd edək ki, Əvəz Zeynallı dünən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.

Xatırladaq ki, Ə.Zeynallı "Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı