Modern.az

Rusiya 63 əsirini Ukraynadan geri aldı

Rusiya 63 əsirini Ukraynadan geri aldı

Aktual

4 Fevral 2023, 12:23

Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı şəbnə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 63 hərbçisi geri alınıb.

Qeyd olunub ki, Kiyevlə əsir mübadiləsi mürəkkəb danışıqlar prosesi nəticəsində təşkil olunub. Məlumata görə, azad edilən bütün hərbi qulluqçular Rusiya Federasiyasının ərazisindədir.

Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Müdafiə Nazirliyi onu da açıqlayıb ki, “həssas kateqoriya”dan olan bəzi şəxslər də azad edilmiş hərbi əsirlər qrupuna düşüb. Bu insanların kim olduğu hələlik məlum deyil. Onlar haqqında məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı